Sərdar Aminin “Yosma” adlı yeni romanı işıq üzü gördü - Fotolar

serdar-aminin-yosma-adli-yeni-romani-isiq-uzu-gordu
Oxunma sayı: 611

“Qafqazinfo”nun yazarı, tanınmış yazıçı Sərdar Aminin “Yosma” adlı yeni romanı işıq üzü görüb.

Yazarın sayca 5-ci romanı olan “Yosma”nın redaksiyamızda kiçik təqdimat mərasimi keçirilib.

Əsər sevgi, tənhalıq, yaddaş və zamanın insan həyatında yaratdığı izlərdən bəhs edir. Bakı şəhərinin mənzərələri, insan münasibətləri və gündəlik həyatın adi görünən detalları müəllifin özünəməxsus təhkiyəsində dərin mənalar qazanır. Poetik-fəlsəfi əsər oxucunu insanın daxili dünyası, dəyişən dəyərlər və ədəbiyyatın mahiyyəti haqqında düşünməyə dəvət edir.

Xatırladaq ki, bundan əvvəl müəllifin “Qaratoyuq nəğməsi”, “Şeiraltı”, “Su sərgisi”, “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” və “İfşa” adlı kitabları nəşr edilib.