“Rolling Stone” nəşri “XXI əsrin ən yaxşı 200 rok kompozisiyası”nın siyahısını dərc edib.
“Qafqazinfo” xəbər verir ki, siyahıya “Yeah Yeah Yeahs” qrupunun “Maps” mahnısı başçılıq edir.
Siyahıda ikinci yeri “The White Stripes” qrupunun “Seven Nation Army”, üçüncü yeri isə “The Killers” qrupunun “Mr. Brightside” mahnıları tutub.
Nəşr Oliviya Rodriqonun “Good 4 U” mahnısını siyahıda dördüncü yerə layiq görüb. İlk onluğa həmçinin “The National Anthem” (“Radiohead”), “I Know the End” (“Phoebe Bridgers”), “Last Nite” (“The Strokes”), “99 Problems” (“Jay-Z”), “I Bet You Look Good on the Dancefloor” (“Arctic Monkeys”) və “Impossible Germany” (“Wilco”) mahnıları daxil olub.
Nəşr siyahıya indi və pankdan metala və rep-rok hibridlərinədək müxtəlif istiqamətli kompozisiyaları daxil edib.
Bununla belə, reytinq heç də birmənalı qarşılanmayıb. Bir çox dinləyicilər Teylor Sviftin “All Too Well” mahnısının 33-cü yerdə, “System Of A Down” qrupunun “Chop Suey!” kompozisiyasının 34-cü yerə layiq görülməsindən narazılıqlarını ifadə ediblər. Bundan başqa, “Jay-Z”nin ilk onluqda, karyerası cəmi 5 ildir davam edən Oliviya Rodriqonun dördüncü sırada yer alması da narazılığa səbəb olub.
Nəşr isə siyahının genişliyini rokun dəyişməyə davam etməsi və əvvəlki çərçivəyə sığmaması ilə izah edib.
Son xəbərlər
Son Xəbərlər