Qızları üçün bir araya gəldilər - Fotolar

qizlari-ucun-bir-araya-geldiler
Oxunma sayı: 542

Tanınmış televiziya prodüseri Acun Ilıcalı və keçmiş həyat yoldaşı Şeyma Subaşı qızları Melisanın ad günü mərasimi üçün yenidən bir araya gəliblər.

“Qafqazinfo” xəbə verir ki, Şeyma və Acun qızları ilə birlikdə çəkdirdikləri fotonu rəsmi sosial media hesablarında izləyiciləri ilə bölüşüblər.

Paylaşım qısa müddətdə izləyicilərin diqqətini çəkib.

Xatırladaq ki, 2017-ci ildə Fransada nikah masasına oturan Acun Ilıcalı və Şeyma Subaşı cütlüyü 2018-ci ildə qarşılıqlı razılıq əsasında boşanıblar. Onlar boşandıqdan sonra da ortaq övladları Melisanın həyatındakı mühüm günlərdə tez-tez bir araya gərək dost münasibətlərini qoruyub saxlayırlar.