Vəzifəsini vaxtından əvvəl tərk edir

vezifesini-vaxtindan-evvel-terk-edir
Oxunma sayı: 845

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında deyilir. 

Səlahiyyət müddəti gələn ilin oktyabrında başa çatacaq Laqard vəzifədən vaxtından əvvəl getməsi barədə AMB-nin İdarə Heyətini və Avropa Şurasının sədri Antonio Koştanı məlumatlandırdığını söyləyib. 

“Son yeddi ildə bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu təşkilatı yaxşı iş görüldüyü və AMB-nin gələcəyə hazır olduğu hissi ilə tərk edirəm”, - Laqard sosial şəbəkə hesabında paylaşdığı videomüraciətində bildirib. 

A.Koşta isə bankın yeni prezidentinin təyinatı prosedurunun elə bu gün başladılacağını açıqlayıb. AMB-nin yeni rəhbərinin kim olacağı barədə qərarı Avropa Şurası qəbul edəcək. 

Qeyd edək ki, Kristin Laqard 2019-cu ildən Avropa Mərkəzi Bankının prezidenti vəzifəsini tutur.