ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdəki vəziyyətini dəyərləndirib və onun rəhbərliyi altında milli birlik hökumətinin qurulmasında iştirak edib-etməyəcəyinə hələ qərar vermədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp “Axios”a açıqlamasında Netanyahunu dəstəkləməsinin seçkilərdə ona ciddi üstünlük qazandırdığına inandığını deyib.
“Eşitdiyimə görə, dəstəyim Bibi üçün böyük fərq yaratdı”, – ABŞ Prezidenti bildirib.
Tramp Netanyahunun seçkilərdəki şansları ilə bağlı ilkin məlumatların “qorxulu” olduğunu, lakin hazırda onun vəziyyətinin yaxşılaşdığını qeyd edib.
Netanyahunun rəhbərliyi altında milli birlik hökumətinin qurulmasına qoşulub-qoşulmayacağı barədə suala cavabında Tramp hələ bu barədə düşünmədiyini, lakin məsələni nəzərdən keçirəcəyini deyib.
ABŞ Prezidenti bundan əvvəl sosial media hesabında Netanyahunu dəstəkləməsinin seçkilərin gedişatını onun xeyrinə dəyişdirdiyini yazmışdı.
“Yedioth Ahronoth” qəzeti isə Trampa yaxın mənbələrə istinadən yazıb ki, ABŞ Prezidentinin İsraildə müxalifətlə milli birlik hökuməti qurması üçün Netanyahunu təşviq edə biləcəyi ehtimalı var.
Son xəbərlər
Son Xəbərlər