Bu ölkədə günlük iş vaxtı 13 saat oldu

bu-olkede-gunluk-is-vaxti-13-saat-oldu
Oxunma sayı: 7267

Yunanıstanda iş vaxtının gündə 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkə daxilində etirazlar və tətillərə səbəb olub.

Belə ki, mübahisəli qanun layihəsini parlamentə Yunanıstanın İnkişaf və İnvestisiya naziri Adonis Georgiadis təqdim edib. Parlament ölkə daxilində hadisələrə səbəb olan qanun layihəsini təsdiqləyib.

Tənzimləmə gündəlik iş vaxtının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına səbəb olur.

İstirahət günləri olan bazar günləri də əsasnaməyə daxildir.