Bu ölkədə temperatur 52 dərəcəni keçdi

bu-olkede-temperatur-52-dereceni-kecdi
Oxunma sayı: 5317

Çində rekord istilər qeydə alınıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Sincan-Uyğur muxtar rayonu ərazisində termometrlər 52,2 dərəcəni göstərib.

İyun ayından etibarən Çinin şimal hissəsində anomal istilər müşahidə olunur.

Bu dövrdə beş isti hava dalğası qeydə alınıb.

Hazırda Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür.

Paytaxt Pekində iyunun əvvəlindən bəri havanın temperaturu 18 gün 35 dərəcəni, 4 gün isə 40 dərəcəni ötüb.