Bu ölkədə virusa görə əl sıxmaq qadağan olundu

bu-olkede-virusa-gore-el-sixmaq-qadagan-olundu
Oxunma sayı: 504

Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası səbəbindən əl sıxma və digər təhlükəli salamlaşmaları müvəqqəti olaraq qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Nile Post” məlumat yayıb.

“Səhiyyə Nazirliyi Uqanda sərhədini keçən Konqo Demokratik Respublikası (KDR) vətəndaşlarında iki Ebola virusuna yoluxma faktı təsdiqləndikdən sonra əl sıxma və digər fiziki salamlaşmalara müvəqqəti qadağa qoyulduğunu elan edib”, - nəşr qeyd edib.

Tədbir fiziki təması azaltmaq və virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.