“Son dövrlərdə kritik informasiya infrastrukturu sahəsi üzrə normativ hüquqi sənədlər bazasının formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində addımlar atılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib:
“Bu, onun vacibliyini, gündəlik həyatımızda olan önəmini göstərir. Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir. Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi və tətbiq edilməsi bizim üçün çox mühümdür”.
Gülnar Əliyeva