“Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi respublikanın ukraynalaşmasına qarşı yönəlib”.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Əgər QHT-lər 2020-2022-ci illərdə fəal şəkildə etməyə çalışdıqlarına, yəni inqilab yolu ilə hakimiyyəti dəyişməyə nail olsaydılar, bu gün Gürcüstan Ukraynadan da pis vəziyyətdə olardı”, - hökumət başçısı bildirib.
Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.