Bu rayonda işıq olmayacaq

bu-rayonda-isiq-olmayacaq
Oxunma sayı: 297

Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10 kV-luq “Masallı” yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə əlavə edilib.