Bu rayonların prokurorları da dəyişmədi

bu-rayonlarin-prokurorlari-da-deyismedi
Oxunma sayı: 6118

Bir neçə rayonun prokuroru yenidən eyni vəzifəyə təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə altı rayonun prokuroru ikinci səlahiyyət müddətinə vəzifəsində saxlanılıb.

Belə ki, Səadət Rüstəmova Qobustan, Anar Cəfərov Ağstafa, Nazim Babayev Qəbələ, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax, Vasif Süleymanov isə Ağdam rayon prokuroru vəzifəsinə yenidən təyin olunublar.

Sail Ağasəlim