Bu reyslər gecikir - AZAL açıqladı

bu-reysler-gecikir
Oxunma sayı: 6952

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir neçə reysi təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat yayıb.

Həmin reyslər aşağıdakılardır:

İslamabad-Bakı (J2 5144)

Dammam-Bakı (J2 8210)

Dehli-Bakı (J2 058)

Dubay-Bakı (J2 016)

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.