“Bu rolu daxilən qəbul edə bilmədim” - “Kızılcık Şerbeti”ndən gedir - Video

bu-rolu-daxilen-qebul-ede-bilmedim
Oxunma sayı: 326

Türkiyənin reytinqli “Kızılcık Şerbeti” serialının aktyor heyətinə yeni mövsümdə qoşulan tanınmış aktyor Murad Aygen ekran işi ilə yollarını ayırır. Serialda “Lider” obrazını canlandıran aktyor cəmi iki seriyadan sonra layihədən gedəcəyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, Murad Aygen müsahibəsində qərarının pərdəarxası məqamlarını bölüşüb.

Aktyor bildirib ki, layihəyə başlayarkən çəkiliş heyəti ilə müəyyən sınaq müddəti barədə razılığa gəliblər: “Kızılcık Şerbeti” komandası işlədiyim peşəkar heyətlərdən biridir. Lakin düzünü desəm, canlandırdığım personajı daxilən qəbul edə və mənimsəyə bilmədim. Özümü narahat hiss etdiyim, mənimsəmədiyim heç bir layihədə yer almaq istəmirəm”.

Müsahibə zamanı ayrılıq qərarının ssenarist dəyişikliyi ilə bağlı olması barədə iddialara da aydınlıq gətirən Murad Aygen bu şayiələri təkzib edib. O, qərarın tamamilə fərdi xarakter daşıdığını və rolun ona uyğun gəlməməsi ilə əlaqədar olduğunu vurğulayıb.