Bu sertifikasiya imtahanında 3 sual qiymətləndirmədən çıxarılıb

bu-sertifikasiya-imtahaninda-3-sual-qiymetlendirmeden-cixarilib
Oxunma sayı: 1733

“Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan dili üzrə 1 sual, ədəbiyyat üzrə 2 sual olub: “22 nəfərin nəticəsi 0-29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30-50 aralığından 51+ aralığına keçir”.

Gülnar Əliyeva