Bu şəxslər diplomatik pasport əldə edə biləcək

bu-sexsler-diplomatik-pasport-elde-ede-bilecek
Oxunma sayı: 3092

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Pasportlar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı