Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) 25 yaşdan yuxarı bəzi idmançıların məşqə buraxılmasına qadağa qoyulub.
Bununla bağlı “Qafqazinfo”ya bir neçə idmançı müraciət edib. Onların sözlərinə görə, rəhbərlik tərəfindən məşq etmələrinə maneə yaradılır. İdmançıların iddialarına əsasən, klub rəhbərliyi 25 yaşdan yuxarı şəxslərin məşqə buraxılmamasına qərar verib. Artıq bir neçə gündür bununla bağlı tapşırığın icra olunduğu bildirilir.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. MN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, “Mərkəzi Ordu İdman Klubu” (MOİK) Azərbaycan Ordusunun idman klubudur: “Burada hərbçilərin məşqə cəlb olunması üçün zəruri şərait yaradılıb. Qeyd olunan qərar heç bir nailiyyəti olmayan mülki şəxslərə şamil olunub.
MOİK tərəfindən gənc və perspektivli idmançıların məşqə buraxılmasına məhdudiyyət tətbiq edilmir, əksinə onların sağlam fiziki ruhda tərbiyə olunması və gələcəkdə nailiyyətlər əldə etməsi üçün bütün zəruri tədbirlər görülür”.
Son xəbərlər
Son Xəbərlər