Rusiya Prezidenti Vladimir Putin “Poseydon” sualtı pilotsuz aparatı və “Burevestnik” raketinin hazırlanması işlərinin artıq tamamlanmaq üzrə olduğunu bəyan edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri bu sistemlərin dünyada analoqu olmadığını vurğulayıb:
“Kiçik nüvə mühərrikli qurğularla təchiz edilmiş iki kompleks üzərində işlər yekun mərhələdədir. Söhbət unikal “Poseydon” sualtı pilotsuz aparatından və qlobal mənzilli unikal “Burevestnik” qanadlı raketindən gedir. Bu sistemlər Rusiyanın strateji təhlükəsizliyini onilliklər boyu təmin edəcək. “Poseydon” gücünə görə perspektivli “Sarmat” raketini üstələyir, həmçinin sürətinə və suya dalma dərinliyinə görə rəqibi yoxdur”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ mediası Donald Trampın “Burevestnik” və “Poseydon” sınaqlarından ciddi şəkildə narahat olduğunu və bu texnologiyaların Vaşinqtonda çaşqınlıq yaratdığını yazmışdı.
Son xəbərlər
Son Xəbərlər