Bu stansiyada gücləndirilmiş iş rejimi tətbiq ediləcək

bu-stansiyada-guclendirilmis-is-rejimi-tetbiq-edilecek
Oxunma sayı: 1364

Mayın 13-də keçiriləcək Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar “Gənclik” stansiyasının iş rejimində dəyişiklik ediləcək.

“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq:

“Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Sərnişinlərin daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq”.