Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq

bu-tarixedek-leysan-yagacaq
Oxunma sayı: 7858

Bu gündən dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 7-si axşam şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

Həmçinin dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı da sarı və narıncı xəbərdarlıq edilib.

Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.