Bu yol bağlı olacaq

bu-yol-bagli-olacaq
Oxunma sayı: 2143

Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - AAYDA-nın məlumatında vurğulanıb.