Bu zavodun rəisi 3500 manat cərimələndi - Foto

bu-zavodun-reisi-3500-manat-cerimelendi
Oxunma sayı: 3607

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən  asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.

Bu barədə “Qafqazinfo”ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı “45-li Yol İstismarı” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub  və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.