Bu zolaqda da maşından rahat düşüb-minəcəksiniz - Foto

bu-zolaqda-da-masindan-rahat-dusub-mineceksiniz
Oxunma sayı: 1822

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün daha 1 ünvanda minib-düşmə yeri yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, növbəti belə yer Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında təşkil edilib və ərazidə müvafiq lövhə yerləşdirilib:

“Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir”.