“Büdcəyə əlavə 153.5 milyon manat gömrük ödənişləri köçürülüb”

budceye-elave-1535-milyon-manat-gomruk-odenisleri-kocurulub
Oxunma sayı: 1283

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə dair statistikanı açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, DGK sədri tvitter hesabında qeyd edib ki, sözügedən dövrdə büdcə öhdəliyinə 119.55 % əməl edilib:

"Nəzərdə tutulan proqnozdan əlavə 153.5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".