Bukmeykerlərdən TuralTuranX-lə bağlı məyusedici proqnoz

bukmeykerlerden-turalturanx-le-bagli-meyusedici-proqnoz
Oxunma sayı: 4006

Avropalı bukmeykerlər Azərbaycanı “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək TuralTuranX qardaşlarının yarışmadakı şansını qiymətləndiriblər.

“Qafqazinfo” Eurovisionworld.com-a istinadən xəbər verir ki, bukmeykerlər TuralTuranX-in birinci yarımfinaldakı çıxışı ilə bağlı məyusedici proqnoz veriblər.

Belə ki, onlar təmsilçilərimizi finalçıların ilk onluğunda görmür və finala keçmə şanslarını 16% səviyyəsində qiymətləndirirlər.

Xatırladaq ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Həmçinin oxuyun: Банк Республика запускает кампанию по микрокредитам “Выгодно для Бизнеса”