Bu gün Azərbaycan çox həssas bir dövrdən keçir - dövlətimizə və dövlətçiliyimizə qarşı dönük və xain, vaxtilə hakimiyyətin ən yüksək postlarında əyləşmiş şəxslərlə dağıdıcı müxalifət cəbhəsinin birgə namərd əməllərinin ifşa edildiyi bu tarixi mərhələdə heç kim səssiz qalmamalıdır.
Hesab edirəm ki, ictimai-siyasi mövqeyindən, partiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq Azərbaycan dövlətinə, cənab Prezidentə sadiq olan hər kəs öz mövqeyini bildirməlidir.
Mənim mövqeyim dövlətimizin başçısına və xalqımıza məlumdur. Uzunillik elmi-ictimai və siyasi fəaliyyətim birbaşa Ümummilli Lider Heydər Əliyev siyasətinə və Prezidentə bağlı olub. Hələ 1999-cu ildə mən cənab İlham Əliyev haqqında mövqeyimi yazdığım “O, böyük siyasətə hazırdır” kitabımda əks etdirmişəm. Bugünkü gündə də bir ziyalı kimi mən sakit qalmağı, mövqe bildirməməyi özümə bağışlamazdım.
Çox acınacaqlıdır ki, qoynumuzda bəslədiyimiz təhlükəli ilanlar dövləti yıxmaq üçün Moskvaya arxalanırmışlar, o Moskvaya ki, ilk milli respublikamız olan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyan qırmızı imperiyanın qərargahıdır.
Bu məqamda bir haşiyəyə çıxmaq istərdim, bu soysuzların “ağsaqqalı” Ramiz Mehdiyevin xəyanətləri barədə 2022-ci ildə öz kəskin mövqeyimi bildirmiş, Milli Elmlər Akademiyasını AXCP-Müsavatın hakimiyyəti dövründə milli xəyanətin yaşandığı aqibətlə üzləşdirdiyinə toxunmuşdum. Təsəvvürlərim məni aldatmadı, Mehdiyevin AXCP ilə birgə hərəkəti, Əli Kərimli və Gültəkin Hacıbəyli başda olmaqla, dövlətə qarşı satqın və pul xatirinə xaricdəki namərdlərlə bir yerdə olduğu təsdiqləndi.
İndi tam aydın olur ki, Ramiz Ənvəroviçin ətrafına yığdığı tör-töküntülərin sırasında yüksək dövlət vəzifəsində çalışanlar, ən ali mükafat və dövlət təltiflərini alanlar da az deyil. Mehdiyevin xəyanətkar qan qardaşı Abbas Aydınoviçin nankorluğu, Azərbaycan dövlətinin əsaslarını sarsıtmaq və separat qüvvələrlə çevriliş planında başda oturması isə ləyaqətsizliyin və dönüklüyün ən bariz nümunəsidir. Cənab Prezident onları təqaüdə göndərəndə də öz nəcibliyini, əsl kişiliyini göstərərək dövlətin ali mükafatları ilə təltif edərək xoş məramla yola saldı.
Bu adama nə bəs etmirdi? Nəyi yox idi? Qoca yaşlarında nəvə-nəticələrinə babalıq qayğısı göstərmək əvəzinə, əyyaş və qumarbaz mafiya babası kimi müxalifətə atalıq etdi. Sifətində bir damcı ziya olmayan, ziyalıdan çox bazar adamına bənzəyən, lotu və oğru dünyası ilə sıx ünsiyyəti olan Abbasov özünü guya ağsaqqal kimi göstərmək üçün saqqal buraxıb, ancaq onun sifətindəki tipik cizgilər Zori Balayan, Quqasyan, Vardanyan, Araikin və digər erməni daşnaklarının oxşarıdır.
Yeri gəlmişkən, Abbas Abbasovu da Ramiz Mehdiyev kimi eyni genetik kod birləşdirir, hər ikisinin qayınanası erməniəsillidir. Bu cür qanıxarablara, satqın və şəxsiyyətsizlərin nəyə görə, milli və müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişafından narahat olmalarının da səbəbi bax budur - qeyri-millilik və qarışıq genetika.
Ancaq onlar bir şeyi unudublar ki, dövlətin möhkəm dayağı var, xalq-İlham Əliyev vəhdəti heç bir qüvvənin xain arzusunu gerçəkləşdirə bilməz.
İlham Əliyevin dəmir yumruğu təkcə separatçı erməniləri əzmək üçün qalxmayıb, milli satqınların, vətənsizlərin də başının üstündədir.
Sonda bir daha təkrarlayıram: gələcəyimiz naminə bu şəxslərə və onlarla əlbir olan xaricdə gizlənmiş qüvvələrə qarşı birlik nümayiş etdirməliyik.
Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor

Son xəbərlər
Son Xəbərlər