Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov millət vəkili Pərvin Kərimzadə ilə birgə Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan Həsənli Şəlalə Şövqi qızının ad günündə iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbəri və millət vəkili Şəlalə Həsənli ilə səmimi söhbət apararaq ona tövsiyələrini verib, ad günü münasibətilə təbriklərini bildirərək hədiyyə təqdim ediblər.
4 saylı Uşaq evinin direktoru Nazilə İsmayılova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və qonaqlara dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Şəlalə bir sıra dövlət tədbirlərində fəal iştirak edir. Həmçinin o, 2025-ci il 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən “Konstitusiya və suverenlik uşaqların gözü ilə” mövzusunda ənənəvi uşaq rəsm müsabiqəsində iştirak edərək III yerə layiq görülüb.





Son xəbərlər
Son Xəbərlər