Luçeskunu Haci əvəzlədi

luceskunu-haci-evezledi
Oxunma sayı: 3288

Rumıniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, yığmanı Georgi Haci çalışdıracaq. 

61 yaşlı mütəxəssis bu postda Mirça Luçeskunu əvəzləyib. Onun aylıq maaşının 27 min avro olacağı bildirilir.

Qeyd edək ki, Georgi Hacinin son iş yeri 2021-2025-ci illərdə çalışdığı “Vitorul” klubu olub.