İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib.
***
“Sabah” qəzetinin məlumatına görə, hadisə zamanı 3 şübhəli şəxs zərərsizləşdirilib, 1 polis isə yaralanıb.
***
İstanbul polisinin məlumatına görə, zərərsizləşdirilən şəxslərdən biri Yunus E.S. ölüb, digər ikisi Onur Ç. və Enes Ç. isə yaralı halda ələ keçirilib.
Bildirilib ki, silahlı şəxslər Yapı Kredi Plaza binasının qarşısında xidmət edən polislərə atəş açıblar.
Həmçinin əməliyyat zamanı yaralanan polislərin sayı ikiyə çatıb.
İlkin ehtimallara görə, hadisəni İŞİD terror təşkilatının üzvləri törədib. Faktla bağlı araşdırma başladılıb.

Son xəbərlər
Son Xəbərlər