“Bunu Elarizin nəvəsinə göndərin” - Ərdoğan

bunu-elarizin-nevesine-gonderin-erdogan
Oxunma sayı: 693

E.Məmmədoğlu Gün.Az-a açıqlamasında bildirib ki, Vanda baş verən zəlzələdən zərər çəkənlərə baş çəkən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycandan olan ailəyə oyuncaq maşın bağışlayaraq “bu məndən sizin uşağınıza hədiyyədir” - deyib.

“Həmin ailə mənim qohumumdur. Onların evi zəlzələdən sonra kiçik bir ziyan çəkmişdi. Mənim qohumum da deyib ki, bizim uşağımız yoxdur, mən bunu Elarizin nəvəsinə bağışlayaram. Baş nazir də “o sizdə qalsın, Elariz Məmmədoğlunun nəvəsinə isə bunu göndərin” – deyib. Bir həftə olar ki, nazirin 1,7 aylıq nəvəm Əliyə hədiyyə etdiyi oyuncaq evimdədir”.