“Bunun bədəlini ağır ödədik” - Ərdoğan

bunun-bedelini-agir-odedik
Oxunma sayı: 2989

“Dövlət orqanları arasında baş verən münaqişələrin bədəlini ağır ödədik”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq çıxışı zamanı bildirib.

“Qarşımızda kritik sınaq olan prezident seçkilərinin ikinci turu var. İnşallah, mayın 14-də yarımçıq qalan işimizi daha güclü şəkildə tamamlayacağıq. Biz keçmişdə koalisiyalardan çox əziyyət çəkmişik. Dövlət orqanları arasında baş verən münaqişələrin bədəlini ağır ödədik. Bizim fərqimiz var idi, konstitusiya kitabçasını oxuyub qərarımızı ona görə verirdik. Hökumətin həftələrlə formalaşa bilmədiyi dövrlərin şahidi olduq. Siyasi qeyri-sabitlik Türkiyə üçün mənfi nəticələrə gətirdi. İllərdir, terrora son qoyula bilməməsinin səbəbi də bu, idi”, - deyə Ərdoğan vurğulayıb.