Burada son 53 ilin ən isti dekabrı yaşandı

burada-son-53-ilin-en-isti-dekabri-yasandi
Oxunma sayı: 3869

Türkiyə daxilində 2023-cü ilin dekabr ayı son 53 ilin ən isti dekabrı olub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu dövrdə ən aşağı temperatur 21,3 dərəcə şaxta ilə Vanın Özalp rayonunda, ən yüksək temperatur isə 27,4 dərəcə ilə Sinopda qeydə alınıb.

Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin məlumatlarına əsasən, ötən ay havanın orta temperaturu Batman ərazisində mövsüm normaları ətrafında, ölkənin digər yerlərində isə mövsüm normalarından yüksək olub.

1991-2020-ci illər arasında Türkiyə daxilində 4,8 dərəcə olaraq ölçülən dekabr ayı orta temperaturu ötən ay normadan 3,5 dərəcə yüksək olmaqla 8,3 dərəcə olub.