Türkiyədə meşə yanır - Video

turkiyede-mese-yanir
Oxunma sayı: 487

Türkiyənin Balıkəsir vilayətinin Kepsut rayonunda meşə yanğını başlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində havadan və qurudan intensiv mübarizə aparılır.

Yanğın Göçenlər məhəlləsində meşə olmayan ərazidə yerli vaxtla saat 11:00 radələrində başlayıb. Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə meşəlik sahəyə yayılıb.

Yanğının Sarıfakılar məhəlləsi istiqamətində irəlilədiyi bildirilir. Hadisə yerinə Balıkəsir Meşə Regional İdarəsinin çoxsaylı yanğınsöndürmə briqadaları, eləcə də, hava texnikası cəlb olunub.

Hazırda alovların nəzarət altına alınması üçün havadan və qurudan söndürmə işləri davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.