75 kq narkotikin üzərinə Zelenskinin fotosu vurub gömrükdən keçirmək istədilər

75-kq-narkotikin-uzerine-zelenskinin-fotosu-vurub-gomrukden-kecirmek-istediler
Oxunma sayı: 601

Rumıniyada üzərində Ukrayna Prezidenti Volodimir Zelenskinin fotosu olan külli miqdarda kokain partiyası müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rumıniya Milli Gömrük İdarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, narkotik vasitə Ukraynanın Odessa vilayətindən gələn və taxıl daşıyan yük gəmisində aşkarlanıb.

Belə ki, Rumıniya gömrükçüləri gəmiyə baxış keçirərkən ümumi çəkisi 75 kiloqram olan kokain tapıblar.

Araşdırma zamanı məlum olub ki, narkotik maddənin qablaşdırıldığı 15 briketin hər birinin üzərinə Volodimir Zelenskinin fotoşəkli yapışdırılıb.

Hadisənin təfərrüatları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat davam etdirilir.