Burkino-Fasoda hərbi çevriliş - Prezident dəyişdi, sərhədlər bağlandı

Burkino-Fasoda hərbi çevriliş
Oxunma sayı: 3798

Qərbi Afrika ölkəsi Burkina-Fasoda ordu hakimiyyətə növbəti dəfə müdaxilə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 24-də hakimiyyəti ələ keçirən prezident polkovnik-leytenant Pol Henri Damiba ordu tərəfindən istefaya göndərilib.

Burkina-Fasonun paytaxtı Vaqaduquda Prezident sarayında, hərbi şəhərciyin ətrafında və yaşayış massivlərində eşidilən atışmalardan sonra əsgərlər əsas yolları nəqliyyatın hərəkətinə bağlayıb. Prezident sarayının yaxınlığında da güclü partlayış baş verib.

Hərbçilər dövlət televiziyasında bəyanat oxuyaraq, keçid dövrünün prezidenti Damibanı vəzifəsindən kənarlaşdırdıqlarını elan ediblər.

Kapitan İbrahim Traore Damibanı əvəzləyib.

Ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olduğu açıqlanıb.