Bursadakı 5,2 ballıq zəlzələ İstanbulda da hiss edildi

bursadaki-52-balliq-zelzele-istanbulda-da-hiss-edildi
Oxunma sayı: 3129

Türkiyənin Bursa şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Zəlzələ İstanbul, Kocaeli, Sakarya, Çanaqqala və digər şəhərlərdə hiss edilib.

Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) isə zəlzələnin 5,1 bal gücündə olduğunu qeyd edib.

Hadisədən 3 dəqiqə sonra eyni ərazidə 4,5 bal gücündə ikinci zəlzələ də qeydə alınıb. Yeraltı təkan Bursada Mərmərə dənizinin Gemlik körfəzində 9 km dərinlikdə baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.