“Bütün ölkələrdəki Azərbaycan Evlərinə təhlükəsizlik kameraları qoymuşuq”

butun-olkelerdeki-azerbaycan-evlerine-tehlukesizlik-kameralari-qoymusuq
Oxunma sayı: 1992

“Livanda Azərbaycan və türkdilli mərkəzlərin yaradılmasını dəstəkləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F. Muradov bildirib ki, Livanda birgə mərkəzlərin fəaliyyəti üçün işlər görülür: “2021-ci ildən etibarən biz bütün ölkələrdəki Azərbaycan Evlərinə təhlükəsizlik kameraları qoymuşuq. Kanadada olan son hadisələrlə bağlı da hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Xatırladaq ki, avqustun 31-də Azərbaycanın Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Sentyabrın 20-də isə Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edilib. Bildirilib ki, gecə saatlarında erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.