“Uydum qaşın mehrabına, pozuldu ibadətim” – Ramazan üçün

uydum-qasin-mehrabina-pozuldu-ibadetim-ramazan-ucun-
Oxunma sayı: 1055






Ramazan üçün

Gəl, ey könül, peyman tutaq bivəfalar eşqinə
Mən dünyadan vəfa umdum, yoxumuş sədaqətim
Bir yar gördüm, düyün düşdü zikr oxuyan dillərim
Uydum qaşın mehrabına, pozuldu ibadətim

Savablardan keçib-getdim, günahlara bələndim
Səs kimi qeybidən gəldim, söz kimi cilvələndim
Ümmanlardan pərvazlandım, buludlardan ələndim
Axıb doldum gül bətninə, bilindi iqamətim

Öz yolundan sapan ki var, dar gündə arxasızdı
Od gəldi ayaq yandırdı, su gəldi arxa sızdı
Dost deyib də haraylama, köynəyim yaxasızdı
Bir gedərgi müsafirəm, yalandır aqibətim