Buzovnada 45 yaşlı kişi öldürüldü

buzovnada-45-yasli-kisi-olduruldu
Oxunma sayı: 2431

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyin oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.