Çağatay ərəblərin televiziya ulduzu seçildi - Fotolar

cagatay-ereblerin-televiziya-ulduzu-secildi
Oxunma sayı: 1696

Ötən gün nüfuzlu “GQ” moda dərgisinin təşkil etdiyi mükafat mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, Əbu-Dabidə təşkil olunan gecədə dünyanın bir çox populyar simaları iştirak edib. 

Tədbirdə Liverpulun misirli futbolçusu Mohamed Salah “İlin adamı”, Nadine Labaki “İlin qadını”, Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy “İlin televiziya ulduzu”, dünyaca populyar olan model Alessandra Ambrosio “Moda ikona”, Mariano Di Vaio “Parlayan model”, müğənni Cheb Khaled “Əfsanə” nominasiyaları üzrə mükafata layiq görülüblər.