“Cahan Holding”ə məxsus “ENNA” içki fabriki “Gulfood 2026” sərgisində - Fotolar

cahan-holdinge-mexsus-enna-icki-fabriki-gulfood-2026-sergisinde
Oxunma sayı: 460

“Cahan Holding”ə məxsus “ENNA” içki zavodu Dubayda keçirilən dünyanın ən böyük qida və içki sərgisi “Gulfood 2026”da Azərbaycanı öz stendi ilə təmsil edib.

“Qafqazinfo” xəbər verir ki, sərgidə 130 ölkə 6500-dən çox şirkətlə təmsil olunub.

100 000-dən çox ziyarətçinin qatıldığı sərgidə Qafqazın ən böyük istehsal gücünə malik içki zavodu olan “ENNA”ya dünyanın bir çox ölkələri tərəfindən yüksək maraq göstərilib.

Stendi ziyarət edənlər həm şəxsi marka əməkdaşlığı, həm də “ENNA” zavodunda istehsal olunan yerli brendlərimiz - “BUZZ Cola”, “BUZZ Tea”, “Plus Ower”, “Dark Horse”, “Dinamit”, “Bad boy” içkiləri haqqında məlumatlandırılıb. Ziyarətçilərə VR vasitəsilə zavodun virtual turu təşkil olunub. Zavodun istehsal prosesi ilə yaxından tanış olan bir çox ölkələrin nümayəndələri ilə ixrac və istehsalla bağlı ilkin razılaşmalar artıq əldə olunub.

1000-ə yaxın xarici vətəndaşla aparılan sorğuda Azərbaycanın “Cola”sı “BUZZ Cola” 10 ballıq sistemdə 8.5 ballıq nəticə göstərib.

Həmçinin insan əli dəymədən, yüksək standartlara cavab verən texnologiyalarla hazırlanan Azərbaycanın “Cola”sı sərgidəki “Cola” kateqoriyasında olan məhsullar arasında ziyarətçilər tərəfindən ən çox bəyənilən və marağa səbəb olan, özünəməxsus dadı ilə seçilən məhsullardan olub.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 23 şirkəti sırasında “ENNA” MMC də öz məhsullarını “Made in Azerbaijan” adı altında vahid ölkə stendində də təqdim edib.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq hər kəsin Azərbaycanı tanıması və gücünə bələd olması da ölkəmizi təmsil edən şirkətlər üçün əlavə üstünlük qazandırıb.

“ENNA” MMC müasir texnologiyalara əsaslanan, yüksək istehsal gücünə malik sərinləşdirici və enerji içkiləri istehsalçısıdır. Zavod rəsmi olaraq 11 iyul 2023-cü il tarixində istifadəyə verilib. Almaniyanın KRONES AG brendinə məxsus avadanlıqlarla tam təchiz olunan müəssisə Avropa standartlarına uyğun, minimal insan müdaxiləsi ilə fəaliyyət göstərir. Saatda 40 000 banka, illik isə 230-250 milyon banka istehsal gücünə malik zavod Qafqaz regionunda bu sahənin aparıcı istehsal mərkəzlərindən biri hesab olunur.