Çavuşoğlu ilə bağlı paylaşım etdi

cavusoglu-ile-bagli-paylasim-etdi
Oxunma sayı: 6821

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə paylaşım edib.

"Qafqazinfo" xəbər verir ki, C.Bayramov bunu tviter hesabında paylaşıb.

O bildirib ki, M. Çavuşoğlu Türkiyənin xarici işlər naziri vəzifəsini icra edərkən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük xidmətlər göstərib:

“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.

Qeyd edək ki, yeni tərkibə əsasən, Mövlud Çavuşoğlu yeni kabinetdə yer almayıb. Onu bu postda Hakan Fidan əvəzləyib.