Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi

cebrayilin-daha-3-kendi-ve-strateji-yukseklikler-isgaldan-azad-edildi
Oxunma sayı: 17252

Prezident İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bu barədə Tvitter səhifəsində yazıb: 

"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".