Çelik səhnədə pərəstişkarına belə təşəkkür etdi - Fotolar+Video

celik-sehnede-perestiskarina-bele-tesekkur-etdi
Oxunma sayı: 3752

"Ən yaxşı mahnılarımı bu axşam sizin üçün oxuyacam. Çünki məni çox həyəcanlandırırsız".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri türkiyəli müğənni və bəstəkar Çelik Erişçi bu gün Bakıda Heydər Əliyev Sarayında baş tutan konserti zamanı deyib.

İfaçı Bakıda verdiyi konsertinin xatirələrini bölüşüb:

"İlk dəfə Bakıya gələndə hər kəsin çiçəklərlə gəlməsinə çox təəccüb etmişdim. Türkiyədə də həmişə bunu deyirdim ki, azərbaycanlıların çox gözəl musiqi duyumu var. Bu gün də buralara qədər gəlmisiz. Buna görə əlimizdən gələni edəcəyik. Gəlməyinizə dəyəcək. Bütün Azərbaycan bu konsertdən danışacaq. Xoş gəlmisiniz bir daha".

Həmçinin, konsert zamanı Çelik pərəstişkarlarından birini səhnəyə dəvət edib.O bildirib ki, bu şəxs illərdir onu izləyir. Xəstə olarkən, hər hansı uğur əldə edərkən ona yazaraq öz dəstəyini göstərir. İfaçı pərəstişkarına səhnədə təşəkkür edib. Pərəstişkarı isə ona hədiyyə təqdim edib.

Çelik konsertində Azərbaycan mahnısını ifa edib. Belə ki, o, Rəşid Behbudovun "Ayrılıq" mahnısını səsləndirib. Müğənninin bu ifası maraqla qarşılanıb.

Lamiyə Məmmədova