İntihar etdiyi deyilən qızı 17 yaşlı qardaşı öldürübmüş

intihar-etdiyi-deyilen-qizi-17-yasli-qardasi-oldurubmus
Oxunma sayı: 10656

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın  yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Ş-nın qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Ş şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.