Cəlilabadda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu gün saat 13 radələrində rayon sakini 52 yaşlı Azər Naib oğlu Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orada ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Kamil oğlu Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
Rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Son xəbərlər
Son Xəbərlər