Cəlilabadda ağır yol qəzası - Xəsarət alanlar var+Yenilənib

celilabadda-agir-yol-qezasi
Oxunma sayı: 1607

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

Onların hamısı Cəlilabad rayon sakinləridir: 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-ci il təvəllüdlü Aygül Əliyeva,1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyev.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Surxay Şahbazov