Cəlilabadda avtomobil aşdı - Yaralılar var

celilabadda-avtomobil-asdi
Oxunma sayı: 2937

Cəlilabadda avtomobil aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Astara avtomolinin sözügedən rayondan keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində Sumqayıt şəhər sakinləri 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov