Cəlilabadda yol qəzası oldu - Yaralılar var

celilabadda-yol-qezasi-oldu
Oxunma sayı: 3701

Cəlilabadda yol-nəqliyyatı qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki,  "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayon sakinləri, 30 yaşlı Şahmar Rəcəbov və 16 yaşlı Cahan Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov