Çənəsini sındıraraq rəqibini nokaut etdi - Video+Foto

cenesini-sindiraraq-reqibini-nokaut-etdi
Oxunma sayı: 1773

Mayamidə baş tutan boks gecəsində keçmiş dünya çempionu Entoni Coşua məşhur bloqer Ceyk Pol üzərində inamlı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 8 raundluq (hər biri 3 dəqiqə) planlaşdırılan döyüş 6-cı raundda britaniyalı boksçunun amerikalı rəqibinin çənəsini sındıraraq nokaut etməsi ilə başa çatıb.

Bu qələbədən sonra 36 yaşlı Coşuanın peşəkar rinqdəki rekordu 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyətə yüksəlib. 28 yaşlı Ceyk Pol üçün isə 14-cü döyüşündə 2-ci məğlubiyyəti alıb.